Rusiyada bir gündə koronavirusdan 507 nəfər həyatını itirib

25 Noyabr 2020 - 14:54

Rusiyada ötən gün koronavirusdan ölənlərin sayı ilk dəfədir ki, 500-ü keçib. Ölkədə 23 675 koronavirus xəstəsi aşkar edilib.

AZƏRTAC xəbər verir ki, ölkədə koronavirus xəstələrinin ümumi sayı 2 162 503 nəfərə çatıb.

Bir gündə 25 748 nəfər sağalıb, 507 nəfər həyatını itirib. Ümumilikdə, Rusiyada indiyədək koronavirusdan 1 660 419 xəstə sağalıb, 37 538 nəfər ölüb.

Moskvada COVID-19 xəstələrinin sayı bir gündə 4 685 nəfər artıb.

COVID-19 xəstələrinin sayına görə Rusiya dünyada ABŞ, Hindistan, Braziliya və Fransadan sonra beşinci yerdədir.