Rusiyada COVİD peyvəndi istehsal edən şirkətin rəhbəri həbs edilib

Rusiyada COVID-19 peyvəndlərinin istehsalı üzrə şirkətin rəhbəri Yevgeni Makovski həbs edilib.

Azpost.info RİA-ya istinadən bildirir ki, Moskva məhkəməsi külli miqdarda rüşvət almaqda şübhəli bilinərək saxlanılan Yevgeni Makovski barədə  2024-cü il fevralın 20-dək həbs qərarı verib.

Makovski rüşvət almaqda və cinayət törətməyə hazırlıqda ittiham olunur.

Dekabrın 27-də Sankt-Peterburqda koronavirusa qarşı vaksin istehsalı üzrə şirkətin direktoru vəzifəsini icra edən Yevgeni Makovski külli miqdarda rüşvət almaqda şübhəli bilinərək həbs edilib.

O, “Sankt-Peterburq Elmi-Tədqiqat Vaksinlər və Serumlar İnstitutu və Bakteriya preparatlarının istehsalı müəssisəsi” Federal Dövlət Müəssisəsinin rəhbəri vəzifəsində çalışıb.

Müstəntiqlərin fikrincə, o, “Rusbiopharm” MMC-nin rəhbəri Sergey İssersdən virusa qarşı vaksinlərin tədarükü ilə bağlı müqavilələrin uzadılması üçün rüşvət almağa hazırlaşırmış. Rüşvət 19 milyon rubldan çox olub.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.