Rusiyada daha 11 min 12 nəfər koronavirusa yoluxub

10 May 2020 - 11:51

Rusiyada son sutka ərzində daha 11 min 12 nəfər koronavirusa yoluxub.

Operativ Qərargahın verdiyi məlumata görə, Rusiya ərazisində COVİD-19-a yoluxanların sayı 209 min 688 nəfərə çatıb.

Son sutka ərzində 88 nəfərin öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı isə 1915-ə çatıb. Sağalanların sayı 34 306 nəfərdir. (APA)