Rusiyada daha 21 nəfərdə koronavirus aşkarlanıb.
Bu barədə Rusiya Baş Nazirinin müavini Tatyana Qolikova bildirib.
Onun sözlərinə görə, bu günə kimi Rusiya ərazisində koronavirusa yoluxanların sayı 114 nəfərə çatıb.
Baş Nazirin müavini koronavirusa yoluxanlardan 104 nəfərinin ölkə xaricində xəstəliyə yoluxduğunu qeyd edib.