Rusiyada daşınmaz əmlak sahibləri haqqında məlumatlar sirr sayılacaq- Qanun dəyişdi

Rusiyada fərdi məlumatlar haqqında qanuna edilən düzəlişlərə əsasən, daşınmaz əmlakın sahibləri haqqında məlumatlar sirr sayılacaq.

Azpost.info xəbər verir ki, düzəlişlər martın 1-dən qüvvəyə minib.

Artıq “Rosreestr” Vahid Dövlət Əmlak Reyestrindən çıxarışlarda daşınmaz əmlakın sahibləri haqqında məlumatı şəxslərin razılığı olmadan dərc etməyəcək.

Sənədə əsasən, yalnız əmlak sahiblərinin həyat yoldaşları, kadastr mühəndisləri, notariuslar, hüquq-mühafizə və məhkəmə orqanlarının əməkdaşları “Rosreestr”dən tam çıxarış əldə etmək imkanına malikdirlər.

Hər hansı digər şəxslər əmlak sahibinin təsdiq bəyanatı olmadan bu məlumatı əldə edə bilməyəcəklər.

Jurnalist araşdırmalarında əvvəllər daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarından istifadə edilib. Artıq onlara giriş məhdudlaşdırılıb.

Azpost.info

Əvvəlki məqalə

Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb

Sonrakı məqalə

İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb