Rusiyada fillər sirkdən qaçdı –FOTO

Rusiya ayıların küçələrdə gəzişdiyi yer olaraq bilinir, ancaq qısa müddət bu ifadə fillərə aid olub. Rusiyanın üçüncü böyük şəhəri olan Yekaterinburqda şəhər sakinləri sirkdən qaçan bir cüt filin küçələrdə gəzişdiyini görüb heyrətləniblər.

Sirk işçilərinin onu geri gətirmək cəhdlərinə əməl etməyən fillərdən biri izdihamlı küçəni keçərək üçün yaşayış binasına tərəf yönəlib və orada qarda yuvarlanıb. Fil onu xortumundan tutaraq dayandırmağa çalışan bir kişini itələyərək özündən uzaqlaşdırıb.

Yerli sirk Karla və Ranni adlı iki filin Yeni il tətilində Yekaterinburqda şou keçirən İtalya şirkətinə məxsus olduğunu söyləyib.

Sirk işçiləri heyvanları növbəti təyinat istiqamətinə aparmaq üçün bir yük maşınına mindirərkən fillər müqavimət göstərərək, oradan uzaqlaşıb. Sirk bildirib ki, Ranni yük maşınından çox uzaqlaşmayıb, lakin Karla şəhər gəzintisinə çıxmaq qərarına gəlib.

Təlimçilər sonda filin ön ayaqlarından birinə ip keçirməyə nail olub, ancaq onu çəkmək üçün daha çox insana ehtiyac olub. Fil qarda oynayandan sonra istəksizcə təlimçilərə tabe olub.

“Fillər uzun bir səyahətdən öncə yeni təcrübə əldə etmək istəyirdilər və məqsədlərinə çatdılar” – deyə, sirk bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Seçki ilə bağlı media monitorinqi açıqlandı

Sonrakı məqalə

Rusiya XİN-də Qarabağla bağlı məsləhətləşmələr keçirilib