Rusiyada FTX generalı ölü tapılıb

Moskvada Rusiya Federal Təhlükəsizlik Xidmətinin 76 yaşlı general-mayoru Yevgeni Lobaçov ölü tapılıb.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, axşam saatlarında Kaçalinskaya küçəsindəki evlərin birinin pilləkənində kişi meyiti tapılıb. Onun yanında “Tokarev” markalı özüdolduran tapança aşkar edilib.

Bir gün əvvəl Lobaçovun həyat yoldaşı ərinin itkin düşməsi ilə bağlı polisə müraciət etmişdi. Onun sözlərinə görə, Lobaçov gəzintiyə çıxıb və yoxa çıxıb.

Azpost.info

Əvvəlki məqalə

II və III qruplar üzrə qəbul imtahanının nəticələri sabah elan olunacaq

Sonrakı məqalə

İtaliya prezidenti Baş nazir Draqinin istefasını qəbul edib