Novosibirsk vilayətinin hakimiyyət orqanları hərbi komissarlıqların və ali hərbi komandanlıq məktəbinin yaxınlığında spirtli içkilərin satışını qadağan edib.
Azpost.info xəbər verir ki, yeni qayda qismən səfərbərlik dövründə qüvvədə qalacaq. İndi hərbi komissarlıqlardan 300 metr məsafəyədək spirtli içki satmaq mümkün olmayacaq. Hərbi məktəblərdə bu məsafə 1 kilometrə qədər artır.
Qeyd edək ki, Rusiyanın bir neçə subyektində eyni qadağa tətbiq edilib. Bəzilərində spirtli içkilərin təkcə hərbi komissarlıqların yaxınlığında deyil, həm də bölmələrin yerləşdiyi bütün yaşayış məntəqələrinin ərazisində satışı qadağandır.
Azpost.info
