Rusiyada müharibədə döyüşənləri tənqid edənlər həbs olunacaq

Rusiya Dumasının sədri Vyaçeslav Volodin “Vaqner”in qurucusu Yevgeni Priqojinin müraciətinə müsbət cavab verib.

Azpost.info xəbər verir ki, Volodin müvafiq komitə sədrlərinə xüsusi əməliyyatda iştirak edənlərin nüfuzdan salınmasına görə məsuliyyətə cəlb edilmə imkanlarını öyrənməyi tapşırıb.

Volodin hesab edir ki, Rusiyanı müdafiə edən hər kəs – hərbi qulluqçular, könüllülər, səfərbər edilmişlər, “Vaqner”çilər qəhrəmandırlar və onlara döyüşçü kimi hörmətlə yanaşmaq lazımdır.

“Rusiya Dumasının sədri Vyaçeslav Volodin Vaqner PMC-nin rəhbəri Yevgeni Priqojinin müraciətinə baxaraq, müdafiə komitəsinin sədri Andrey Kartapolova və təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin sədri VasiliPiskarevə döyüşçülərin nüfuzdan salınmasına görə məsuliyyətin müəyyən edilməsi ilə bağlı Cinayət Məcəlləsinə dəyişiklik imkanlarını təcili öyrənməyi tapşırıb”, – məlumatda deyilir.

Priqojin xüsusi əməliyyat zonasında könüllülər, xüsusən də keçmiş məhkumlar haqqında mənfi məlumatların dərcinin qanunla qadağan edilməsi xahişi ilə Volodinə müraciət edib. Onun fikrincə, xüsusi hərbi əməliyyat iştirakçılarını tənqid edən şəxs 5 ilə qədər həbs cəzasına məhkum edilməlidir.

Azpost.info

 

Əvvəlki məqalə

“Bölgədə “humanitar fəlakət” barədə iddialar əsassızdır” –

Sonrakı məqalə

Azad olunmuş ərazilərə fevral ayına olan avtobus biletləri satışa çıxarılır