Rusiya prezidenti Vladimir Putin öz fərmanı ilə “İgidliyə görə” medalını təsis edib.
Azpost.info xəbər verir ki, bu barədə Rusiyanın hüquqi informasiya portalında məlumat yayılıb.
Medal vətənin və dövlət maraqlarının müdafiəsi istiqamətində döyüş və digər əməliyyatlar zamanı göstərdiyi şücaətə görə veriləcək.
“Rusiya Federasiyasının dövlət mükafatlandırma sistemini daha da təkmilləşdirmək üçün qərara alıram: “İgidliyə görə” medalı təsis edilsin”, – sənəddə deyilir.
Azpost.info