Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

Rusiyada iki Azərbaycan vətəndaşına həbs cəzası verilib –

User 17 İyul 2025 - 13:24 (Last updated: 17 İyul 2025 - 13:24)
mehkeme

Tümen Vilayət Məhkəməsi iki Azərbaycan vətəndaşını adam öldürməkdə təqsirli bilib.

AzPost bu barədə Tümen məhkəmə sisteminin birləşmiş mətbuat xidmətinin press-relizində deyilir.

Nəsimi Paşa oğlu Əmiraslanov və Bəhruz Rəhim oğlu Nəbiyev bir qrup şəxs tərəfindən adam öldürməkdə təqsirli bilib,

Nəsimi Əmiraslanov 15 il, Bəhruz Həbiyev isə 16 il azadlıqdan məhrum edilib. Həmin şəxslər cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

Hər iki şəxs Rusiya hüdudlarından kənarda olduğu üçün qiyabi cəzaya məhkum olunublar. Həbs müddəti məhkumların Rusiyanın hüquq-mühafizə orqanlarına təhvil verildiyi və ya Rusiya ərazisinə deportasiya edildiyi gündən hesablanacaq.

Məhkəmə zərərçəkmişin iddialarını qismən təmin edərək, Əmiraslanovdan 1.000.000 rubl, Nəbiyevdən isə 1.500.000 rubl tələb edib.

Cinayət işinin məhkəməsi Rusiya Federasiyasının hüdudlarından kənarda olan və Azərbaycan Respublikasının vətəndaşı olan təqsirləndirilən şəxslərin iştirakı olmadan aparılıb. Onların bu cinayət işinə görə xarici ölkədə məsuliyyətə cəlb olunması barədə məlumat yoxdur.

Müttəhimlər elan edilib və hazırda federal (dövlətlərarası) axtarışdadırlar.

Məhkəmə müəyyən edib ki, 29 may 2014-cü il tarixdə saat 23:00 radələrində Tümen şəhərindəki “Bakı” kafesində əlbəyaxa dava zamanı münaqişə iştirakçılarından biri bıçaqlanaraq 2 saylı xəstəxanaya aparılıb. Həmin şəxs təcili yardım otağında ölüb.

Bir müddət sonra təcili tibbi yardım maşını qarşıdurmanın qarşı tərəfindən daha bir dava iştirakçısını həmin xəstəxanaya gətirib.

Həmin yaralını görən Əmiraslanov və Nəbiyev yoldaşlarının ölümündə onun günahkar olduğunu zənn edərək zorakılıq tətbiq edib, onu tibbi arabadan döşəməyə atıb, təpiklə vurub, skamya ilə başına və bədəninə vurublar.

İttaham görə, Nəbiyev bıçaq üçün maşına tərəf gedib. Təqsirləndirilən şəxslər birgə bıçaqla silahlanıb, qurbanlarının boyun və döş nahiyəsinə bir neçə zərbə vurublar. Zərərçəkmiş xəstəxanada dünyasını dəyişib.

AzPost.az

Post navigation

Previous: Ukraynanın yeni Baş naziri təsdiqləndi
Next: Qızıl və gümüş medal almış şagirdlərin sayı məlum olub

Oxşar xəbərlər

Həbs
  • Kriminal

İtkin düşən 3 nəfər tapıldı, dələduzluğa görə axtarılanlar saxlanıldı

User 11 Noyabr 2026 - 10:38
Həbs
  • Kriminal

ADNSU-da 24 il əvvəl törədilən qətlin üstü açıldı – Şübhəli şəxs həbs edildi

User 06 Noyabr 2026 - 14:02
Aptek
  • Kriminal

Sumqayıtda aptekdən 35 min manat oğurlayan şəxs saxlanıldı

User 05 Noyabr 2026 - 16:56

xƏBƏR

maya sandu
  • Siyasət

Maya Sandu: Moldova Azərbaycanla enerji əməkdaşlığında maraqlıdır

User 12 Noyabr 2026 - 15:23
“Moldova Azərbaycanla enerji əməkdaşlığında maraqlıdır“. Bunu Moldova prezidenti Maya Sandu Avropa Siyasi Birliyinin Sammitindən əvvəl jurnalistlərə açıqlamasında...
Read more about Maya Sandu: Moldova Azərbaycanla enerji əməkdaşlığında maraqlıdır
prezident
  • Siyasət

User 12 Noyabr 2026 - 15:21
rumen radev
  • Siyasət

User 12 Noyabr 2026 - 15:19
görüş
  • Siyasət

User 12 Noyabr 2026 - 15:16
Sabah 20 dərəcə isti olacaq hava
  • Sosial

Sabah 20 dərəcə isti olacaq

User 12 Noyabr 2026 - 14:17
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.