“Rusiyada keçiriləcək finalı boykot edin!” –Britaniyalı nazir İngiltərə klublarına çağırış etdi

İngiltərə futbol klubları Çempionlar Liqasının Sankt-Peterburqda keçiriləcək finalını boykot etməlidir.

Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, bu bəyanatı Britaniya xarici işlər naziri Liz Tras səsləndirib. “Onların yerində olsaydım, finalı boykot edərdim. Putin rejiminin etdiklərini nəzərə alsaq, şəxsən mən Sankt-Peterburqda futbol oyununda iştirak etmək istəməzdim”, – Tras bildirib.

UEFA isə Rusiyanın Donetsk və Luqansk “Xalq Respublikalarının” müstəqilliyini tanımasından sonra Çempionlar Liqasının Sankt-Peterburqda keçiriləcək finalını təxirə salmağı planlaşdırmadığını açıqlayıb.

Turnirin finalı mayın 28-də baş tutmalıdır. Cari mövsümün Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunları keçirilir. Dörd İngiltərə komandası titul uğrunda mübarizəni davam etdirir – “Mançester Yunayted”, “Mançester Siti”, “Çelsi” və “Liverpul”.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan Xocalı soyqırımının separatçı rejimin törətdiyini irəli sürür –

Sonrakı məqalə

İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb