Çubaysın menecerinə 7 il həbs cəzası verildi- Əmlakına və hesabına həbs qoyuldu

Moskvanın Xoroşevski Məhkəməsi dərman preparatlarının hazırlanması üzrə müəssisənin yaradılması üçün ayrılmış 358 milyon rublu xaricə çıxaran “Rusnano”nun törəmə şirkəti “NTpharma”nın rəhbəri Valeri Qlavatskini 7 il həbsə məhkum edib.

Azpost.info xəbər verir ki, bu barədə “Kommersant” yazıb.

57 yaşlı top-menecer mənimsəmədə və çirkli pulların yuyulmasında təqsirli bilinib.

Qlavatski 2021-ci ildən beynəlxalq axtarışda olduğu üçün qiyabi mühakimə olunub. Hökmlə yanaşı, zərərçəkmiş tərəfin 424,3 milyon rubl mülki iddiası təmin edilib. İddianı təmin etmək üçün məhkəmə iş adamının əmlakına və hesablarına həbs qoyub.

Ötən il “Rusnano”nun rəhbəri Sergey Kulikov Baş Prokurorluqdan şirkətin Anatoli Çubaysın rəhbərlik etdiyi 2010-2020-ci illər üçün işini yoxlamağı xahiş etmişdi. Kulikov qeyd edib ki, bu dövrdə “Rusnano”nun xarici borclarının həcmi 290 milyard rublu keçib, 2020-ci ilin sonuna isə şirkətin borcu 146 milyard rubldan çox olub.

Ukraynada müharibə başlayandan dərhal sonra Çubays prezidentin xüsusi nümayəndəsi vəzifəsindən istefa verib və Rusiyanı tərk edib.

Azpost.info

Əvvəlki məqalə

Qaradağ Günəş Elektrik Stansiyasının açılışı əlamətdar hadisədir

Sonrakı məqalə

Azərbaycana ümumi investisiyalar 300 milyard dollardan çox olub