Rusiyada müxalifət lideri Navalınya dəstək aksiyaları keçirilir –250 nəfər həbs olunub

Rusiyada həbsdə olan müxalifət lideri Aleksey Navalnıya dəstək aksiyaları keçirilir.

Azpost.info bildirir ki, aksiyalar Uzaq Şərqdən və Sibirdən başlayıb. Moskvada aksiyanın indilərdə başlanacağı gözlənilir. Bununla bağlı Moskvada səhər tezdən piyadaların Qızıl Meydana yolu bağlanıb. Həmçinin mərkəzi küçələr, bir sıra metro stansiyaları, avtobus marşrutları dəyişdirilib.

Şəhərin mərkəzi alınmaz qalaya çevrilib. Hər yerdə polislər, maşınlar durur.

“OVD-İnfo” hüquq müdafiə təşkilatının məlumatına görə, ölkə üzrə artıq 250 nəfər həbs olunub. Onların əksəriyyəti Vladivastok və Krasnoyarskdadır. Moskvada da artıq ilk saxlamalar başlanıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanın Türkiyədəki səfirliyi Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət etdi –

Sonrakı məqalə

Azad edilmiş rayonlarda inventarlaşdırma işləri davam etdirilir –