Rusiyanın Ryazan vilayətinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum olub.
Bu barədə TASS məlumat yayıb. Hədəflərdən biri Neft Zavodu olub.
Hazırda ərazidə yanğın başlayıb. Yerli sakinlərin sözlərinə görə, zavod üç PUA ilə vurulub.
Dron hücumundan sonra zavodda yanğın başlayıb.
Ryazan Neft Zavodunda baş verən yanğının sahəsi 100 kvadratmetrdir.
Ryazan Neft Zavoduna endirilən zərbələr nəticəsində yaralananlar var.