Rusiyada “PAZ” avtobusu partlayıb, 18 nəfər yaralanıb –

FOTO
13 Avqust 2021 - 00:50

Rusiyanın Voronej şəhərinin mərkəzində “PAZ” markalı avtobusda qaz balonun partlaması nəticəsində yaralananların sayı 18 nəfərə yüksəlib.

Bu barədə Voronej vilayətinin qubernatoru Aleksandr Qusev “Telegram” kanalında bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alanlardan 35 yaşlı qadın dünyasını dəyişib.

Qeyd edək ki, dünyasını dəyişən qadın qəza nəticəsində hər iki ayağının travmatik amputasiya olunduğu sərnişindir. Onun kimliyi barədə heç bir məlumat verilməyib. (APA)

**

Rusiyanın Voronej şəhərinin mərkəzində “PAZ” markalı avtobusda qaz balonu partlayıb.

TASS xəbər verir ki, hadisə nəticəsində 12 nəfər sərnişin yaralanıb.

Şəhər Təcili yardım stansiyasından verilən məlumata görə, yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 2 nəfəri yanıq şöbəsində köçürülüb. Üç nəfərin vəziyyətinin ağır olduğu bildirilib. Bir qadın sərnişinin isə ayağı amputasiya olunub.

Partlayış nəticəsində avtobus tamamilə yanıb, yanğın söndürülüb.

Aidiyyəti xidmətlər hadisə yerinə cəlb edilib.

Qəzanın başvermə səbəbi araşdırılır.