Rusiyada qazdan kütləvi zəhərlənmə olub- 45 nəfər xəstəxanaya yerləşdirilib

Rusiyanın Nijeqorod vilayətində kütləvi zəhərlənmə olub.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, noyabrın 25-də Vad kəndində 45 nəfər qaz zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərdən 44-ü şagird, biri müəllimdir. Həkimlər onlardan 10-nun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Kənd məktəbinin zəhərlənmə qeydə alınan binalarından biri bağlanıb. Məktəbin digər korpusu fəaliyyətini əvvəlki qaydada davam etdirir.

İlkin məlumata görə, zəhərlənmə məktəbin 1,5 km-liyində yerləşən qazpaylayıcı stansiyada qaz sızmasından baş verib.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, müəssisədə texnoloji proses pozulduğuna görə belə hal yaşanıb.

Qaz sızmasının qarşısı qısa müddətdə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ölkə gələn il eyni vaxtda tibbi sığorta sisteminə keçə bilməyəcək –

Sonrakı məqalə

BDU-nun kafedra müdirinin oğlu həbs edilib