Rusiyada qırıcı təyyarənin yaşayış binasına çırpılması nəticəsində 15 nəfər ölüb

Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində qırıcı təyyarənin yaşayış binasına çırpılması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb. Onlardan üçü uşaqdır.

APA xəbər verir ki, bu barədə Krasnodar diyarının qubernatorunun müavini Anna Minkova məlumat verib.

Hadisə nəticəsində ümumilikdə 43 nəfər, o cümlədən 11 uşaq zərər çəkib.

Əvvəlki məqalə

Ərdoğan Azərbaycanın Müstəqillik Günü ilə bağlı paylaşım edib

Sonrakı məqalə

3 ölkə İranın Rusiyaya silah verməsini BMT-nin müzakirəsinə çıxarmaq istəyir