Rusiyada qismən səfərbərlik nə vaxt başa çatacaq?– Peskovdan açıqlama

“Qismən səfərbərliyin tamamlanma tarixi hələ açıqlanmayıb”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskovun sözlərinə görə, oktyabrın 14-də ölkə başçısı qismən səfərbərliyin təxminən iki həftəyə başa çatacağını bildirib.

“Hələ ki, digər bölgələr üçün konkret planlar barədə məlumat verə bilmərəm. Vladimir Putin hazırlıq prosesi ilə yaxından maraqlanır və məsələni diqqət mərkəzində saxlayır”, – Peskov qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

“Rusiyada alkoqolizm probleminin həlli mümkündür”

Sonrakı məqalə

Fransada səfirliyimizə hücum edən erməninin məhkəməsinin tarixi bilinib