Rusiyada qocalar evində güclü yanğın olub –9 nəfər ölüb, yaralılar var

Rusiya paytaxtı yaxınlığında, Krasnoqorsk şəhərində xüsusi hospisdə – tibbi-sosial müəssisədə baş vermiş yanğın nəticəsində 9 nəfər ölüb. Daha 9 nəfər təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıb.

“RİA Novosti” xəbər verir ki, yanğın barədə yerli FHN-ə məlumat gecə saatlarında daxil olub. Əraziyə gələn yanğınsöndürənlər binanın ikinci mərtəbəsində açıq alovun qarşısını alıb.

Hospisin binasında 29 nəfər olub. Yanğınsöndürənlər gələnə qədər 11 nəfər özü binanı tərk edib, binada isə 18 yataq xəstəsi qalmışdı. Onların hamısı hospisdə məskunlaşan ahıl yaşlı insanlar olub.

Hadisənin təfərrüatlarını prokurorluq orqanları araşdırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Manaf Ağayev karantini pozdu, dostlarına iftar süfrəsi açdı –

Sonrakı məqalə

Ermənistan gecə iriçaplı pulemyotlarla atəşkəsi pozub