Rusiyada “Rosneft”ə məxsus zavodda partlayış olub

Samarada Kuybışev neft emalı zavodunun ərazisində partlayış baş verib.

Azpost.info xəbər verir ki, bu barədə Dumanın İnformasiya Siyasəti Komitəsinin rəhbəri Aleksandr Xinşteyn məlumat verib.

Deputat bildirib ki, ilkin versiyaya görə, zavodda partlayıcı qurğu quraşdırılıb. Hadisə nəticəsində ciddi dağıntı və tələfat olmayıb.

Kuybışev neft emalı zavodu Samaranın mərkəzindən təxminən 11 km məsafədə yerləşir. Zavod “Rosneft”ə məxsusdur. O, mühərrik yanacağı və soba yağı istehsal edir.

Azpost.info

Əvvəlki məqalə

DYP küləkli hava ilə bağlı xəbərdarlıq edib

Sonrakı məqalə

Qida sahəsində fəaliyyət göstərən 8 müəssisədə nöqsanlar aşkarlanıb