Rusiyada sərnişin təyyarəsi tayqaya sərt eniş edib –

Ölənlər var (YENİLƏNİB
12 Sentyabr 2021 - 21:19

Rusiyanın İrkutsk vilayətində “L-410” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.

Bu barədə TASS-a operativ qərargahdan məlumat verilib.

Bildirilib ki, “iki sərnişin və ik pilot ölüb”.

Qalan 12 nəfər xəsarət alıb, sərnişinlərdən birinin vəziyyəti çox ağırdır. Onlardan ikisi təyyarənin içərisində sıxılmış vəziyyətdə qalıb, onların çıxarılması üçün işlər görülür.

**

Rusiyanın İrkutsk vilayətində “L-410” sərnişin təyyarəsi qəza enişi edib.

Göyərtəsində 14 nəfər olan təyyarə Kazaçinsk yaşayış məntəqəsinin 4 kilometrliyində tayqada yerə enib.

Təyyarə İrkutsk şəhərindən Kazaçinsk yaşayış məntəqəsinə uçuş həyata keçirirdi.

Hadisə yerinə xilasetmə dəstələri yollanıb.

Təyyarə eniş zamanı alışıb, ağaclara dəyərək qəzaya uğrayıb. Bir neçə nəfər xəsarət alıb, onlardan bəziləri sərbəst şəkildə təyyarədən düşüblər. Hadisə yerinə xilasedicilər cəlb olunub.

Hadisənin ya dumanda eniş etmək istəyən ekipajın səhvi, ya da mühərrikin sıradan çıxması ucbatından baş verdiyi ehtimal olunur.