Rusiyada sərvəti 100 milyondan çox olan 435 insan yaşayır

2022-ci ilin sonuna olan hesablamalara görə, Rusiyada sərvəti 100 milyon dollardan çox olan 435 nəfər yaşayır.

Azpost.info info xəbər verir ki, bu barədə Britaniyanın “Henley & Partners” konsaltinq şirkətinin hesabatında bildirilir.

Zəngin insanların ümumi sayına görə ölkələr siyahısında Rusiya Fransa və İtaliyanı qabaqlayaraq onuncu yerdə qərarlaşıb.

Eyni hesabatda o da qeyd olunur ki, Rusiya milyonçuların ən çox tərk etdiyi ölkələr siyahısında ilk sıralardadır. Belə ki, ötən il Rusiyanı 8,5 min milyonçu tərk edib.

Azpost.info

Əvvəlki məqalə

“Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması istiqamətində danışıqlar son mərhələdədir”

Sonrakı məqalə

Sumqayıtda yanğın olan zavodda monitorinqə başlanılıb