Rusiyada SİM kart almaq istəyən miqrantlardan biometrik məlumatlar tələb olunacaq

Rusiyada miqrantlardan SİM kart almaq üçün biometrik məlumatlar tələb oluna bilər.

Rusiya Federasiyasının Rəqəmsal İnkişaf Nazirliyi miqrantları SİM kart almaq üçün biometrik məlumatları təqdim etməyə məcbur etməyi təklif edib.

Xarici vətəndaşlar, o cümlədən əmək miqrantları və ya vətəndaşlığı olmayan şəxslər Rusiya telekommunikasiya operatorlarından SİM kartları yalnız biometrik göstəricilərdən istifadə etməklə Dövlət Xidmətləri portalında (Qosusluqi) qeydiyyatdan keçib telekommunikasiya mağazalarına şəxsən baş çəkdikləri halda ala biləcəklər. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.