Rusiyada Şimali Koreyaya turist paketləri satılır

Primorsk diyarında koronavirus pandemiyasından sonra ilk dəfə olaraq KXDR-ə turist paketləri satmağa başlayıblar.

Azpost.info xəbər verir ki, regional hakimiyyət orqanlarının məlumatına görə, fevralın 9-da Primoryedən 50 nəfərdən ibarət ilk turist qrupu Masikryon xizək kurortuna gedəcək.

Yerli hökumət bunu Primorsk diyarının və Rusiyanın digər bölgələrinin sakinləri üçün unikal təklif adlandırıb.

Vladivostokdan turun qiyməti 750 dollardır və dörd gün davam edir. Bu qiymətə viza, aviabilet, səhər yeməyi ilə dörd və ya beşulduzlu oteldə yerləşmə, həmçinin rusdilli bələdçi ilə ölkə üzrə ekskursiyalar daxildir.

Azpost.info

Əvvəlki məqalə

Perinatal Mərkəzdəki yanğına görə direktor və 2 şöbə müdiri ev dustağı edildi –

Sonrakı məqalə

Bakının Baş planının İçərişəhər ətrafında olan ərazilərə böyük təsiri olacaq