Rusiyada Starlink qadağan edildi

Rusiya hökuməti xarici peyk rabitə avadanlıqlarına qarşı məhdudiyyətləri sərtləşdirib.

Qərara əsasən, xarici peyklərdən siqnal qəbul və ötürmə üçün istifadə olunan cihazların ölkəyə gətirilməsi məhdudlaşdırılıb.

Məlumata görə, bu qadağa xüsusilə ikili təyinatlı – həm mülki, həm də hərbi məqsədlərlə istifadə oluna bilən texnologiyalara şamil edilir. Bu kateqoriyaya Starlink kimi peyk internet sistemləri də daxildir.

Qərarın əsas məqsədinin təhlükəsizlik və informasiya nəzarətini gücləndirmək olduğu bildirilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.