Ukrayna prezideni Zelenski Rusiyada kiminlə danışıq aparmağa hazır olduğunu deyib.
Azpost.info bildirir ki, Almaniyanın ZDF telekanalına müsahibəsində Zelenski bildirib ki, “sülhü axtarmaq istəyən şəxslə danışmağa hazırdırlar”.
“Mən prezidentlik müddətimin ilk günündən Putinlə danışmağa hazır idim. Mən maksimum dərəcədə əlaqəyə çıxırdım…Ancaq mənə elə hey hansısa ultimatumlar verirdilər, mən heç danışa da bilmirdim. Onlar nə telefonla nə də başqa cür danışmaq istəmirdilər”-deyə Zelenski bildirib.
Zelenski Putini “qeyri-adekvat” adlandırıb. Prezident vurğulayıb ki, Putin ya Ukrayna ilə hər hansı dialoq istəmir, ya da başa düşmür ki, rusların hər raket zərbəsi ilə danışıqlar şansı daha da itir: “Biz sülhə tərəfdar olan ölkə kimi deyirik ki, biz tamam başqa bir şəxslə danışacağıq. Kimsə meydana çıxacaq, hökmən çıxacaq”.