Rusiyanın Barnaul şəhərində təyyarənin qəza enişi etməsi zamanı 23 sərnişin xəsarət alıb. AZƏRTAC xəbər verir ki, “Azur Air” aviaşirkətinə məxsus “Boing 767-300” təyyarəsinin şassiləri eniş zamanı alovlanıb. Vyetnamdan gələn təyyarənin göyərtəsinə 331 sərnişin olub. Hadisə nəticəsində 23 nəfər xəsarət alıb. Onlardan 5-i xəstəxanaya yerləşdirilib. Hadisənin səbəbləri araşdırılır.