Rusiya prezidenti Vladimir Putin infrastruktur obyektlərində və insanların sıx toplaşdığı yerlərdə təhlükəsizliyin gücləndirilməsi barədə göstəriş verib.
Azpost.info xəbər verir ki, o, bu barədə MDB ölkələrinin xüsusi xidmət və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə bugünkü görüşündə bildirib.
“Krım körpüsündə baş verən insident, Kursk AES-də təxribat cəhdləri göstərir ki, ölkənin enerji və nəqliyyat infrastrukturu obyektlərində təhlükəsizlik tədbirləri gücləndirilməlidir”, – Putin qeyd edib.
Azpost.info