Rusiya prezidenti Vladimir Putin ölkədə təhlükəsizliyin səviyyəsinin yaxşılaşdırılması üzrə işləri əlaqələndirmək üçün xüsusi şuranın yaradılması barədə göstəriş verib.
Azpost.info xəbər verir ki, koordinasiya şurasına Baş nazir Mixail Mişustin rəhbərlik edəcək.
Putin bu qərarını Təhlükəsizlik Şurasının daimi üzvləri ilə bugünkü görüşü zamanı açıqlayıb. O, Ukraynada xüsusi hərbi əməliyyatla bağlı vəzifələrin həllinə təkcə müvafiq hüquq-mühafizə orqanlarının deyil, bütün dövlət idarəetmə sisteminin cəlb olunduğunu vurğulayıb.
Azpost.info
