Rusiyada tanınmış idmançı restoranda dava zamanı qətlə yetirilib –

FOTO
24 Mart 2021 - 09:50

Rusiyanın Mozdok şəhərində tanınmış idmançı, FCF-MMA versiyası üzrə ikiqat çempion Alan Hadziyev öldürülüb.

“Vesti” agentliyi xəbər verir ki, hadisə barədə Mozdok şəhər administrasiyasının rəhbəri Oleq Habalov məlumat yayıb.

A.Hadziyev Mozdok şəhərin restoranlarından birində yaşanan davada iştirak zamanı ölümcül yaralanıb.

Onunla yanaşı davanın daha bir iştirakçısı hadisə yerində ölüb.

İnsidentin təfərrüatı barədə hələlik məlumat verilmir.