“Bu soyadı daşımaq heç də asan deyil” –Məşhur futbolçunun nəvəsi Əli Banişevski (FOTO)

Ukraynanın həvəskarlar liqasında çıxış edən “Niva” (Buzova) klubunun futbolçusu Əli Banişevski “azerisport”a müsahibə verib. 

O, “Niva” klubuna keçidi barədə danışıb: “Əvvəl Ukraynanın “Çayka” klubunda oynayırdım. Daha sonra “Niva” klubunun prezidenti, həmyerlimiz Oktay Əfəndiyevin diqqətini çəkdim və o, məni burada oynamağa çağırdı, razılaşdım”.

Banişevskinin sözlərinə görə, “Niva” Premyer Liqaya yüksəlmək üçün böyük hədəflər qoyub: “Klub prezidenti inkişaf etməyimiz üçün hər cür şərait yaradıb. Klub yeni yaradılsa da, bazası və stadionu var. Hər Ukrayna klubunda belə şərait yoxdur”.

Futbolçu digər hədəfləri haqqında danışarkən bildirib ki, hədəfi irəliləmək və Premyer Liqada oynamaqdır: “Ancaq hər şeyin öz vaxtı var. Əlbəttə ki, hamı məni soyadımla tanıyır. Babamı həmişə hörmətlə xatırlayırlar. Bunun üçün onlara təşəkkür edirəm. Ancaq Banişevski soyadını daşımaq heç də asan deyil. Həmişə əlimdən gələnin ən yaxşısını etməyə məcburam”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiyada tanınmış idmançı restoranda dava zamanı qətlə yetirilib –

Sonrakı məqalə

İran virusa qarşı özünün “Bərəkət” adlı peyvəndini hazırlayır