Rusiyada “Vaqner” qiyamı ilə bağlı cinayət işinə xitam verildi

İyunun 23-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin “Vaqner” özəl hərbi şirkətin silahlı qiyamı ilə bağlı başlatdığı istintaqa cinayət əməllərinin dayandırılması ilə əlaqədar xitam verilib.

TASS xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidməti İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Xatırladaq ki, iyunun 23-də “Vaqner” Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini onun şirkətinin mövqelərinə zərbələr endirməkdə ittiham edib. Bundan sonra o, hərbi qiyama başlayıb.Səhər saatlarında o, Rostov şəhərində bütün hərbi obyektlərin nəzarətə götürüldüyünü açıqlayıb.

Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb, Prezident Vladimir Putin isə onun hərəkətlərini qiyam adlandırıb. İyunun 24-ü Belarus Prezidenti Aleksandr Lukaşenko Priqojinlə danışıqlar aparıb. O, Lukaşenkonun “Vaqner” qüvvələrinin hərəkətini dayandırmaq təklifini qəbul edib.

Əvvəlki məqalə

“Rusiyada qiyama cəhd zamanı Belarus müxalifəti də analoji ssenarini həyata keçirmək istədi”

Sonrakı məqalə

İrandan narkokuryerliyə cəlb edilən dəstənin daha 2 üzvü həbs edilib