Rusiyada yaşayan miqrantlar rus dilindən və tarixdən imtahan verəcək –Hökumət bununla bağlı qərar verdi

Rusiyada yaşayan xarici miqrantlar rus dilini bilməlidirlər. 

Azpost.info RİA-ya istinadən bildirir ki, Rusiya hökuməti xarici miqrantlar üçün rus dilinin, rus tarixini minimal səviyyədə bilməklə bağlı tələbi təsdiqləyib.

Yeni qaydaya görə, miqrantlar sosial-məişət və bir sıra peşə mövzuları ilə bağlı rus dilində sərbəst danışmağı bacarmalıdırlar. Bura işə qəbul, polisə müraciət və xəstəxanada məsləhətlə bağlı məsələlər daxildir. Miqrantlar həmçinin ərizə və digər zəruri sənədləri doldurmağı bilməlidirlər.

Rus tarixindən imtahan zamanı əcnəbilərdən dövlətin əsas hadisələri, böyük şəhərlərin adları və rəsmi bayramlar soruşulacaq. Eyni zamanda miqrantlar ölkə ərazisində olarkən öz hüquqları, azadlıqları və öhdəlikləri barədə məlumatlı olmalıdırlar.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Arıqlamaq üçün ac qalmaq və az qidalanmaq zərərlidir –

Sonrakı məqalə

Prezident İlham Əliyev “Binəqədi” yarımstansiyasının açılışını edib