Çeçenistan lideri Ramzan Kadırovun yaxın adamlarının Rusiyadakı “McDonald’s” restoranlar şəbəkəsinin alınmasında iştirak etdiyi deyilir.
Azpost.info xəbər verir ki, bu barədə “Proyekt” yazıb.
Rusiya Dumasının deputatı və Kadırovun ən yaxın adamı Adam Delimxanovun şirkətin aktivlərinin alınmasında maraqlı olduğu bildirilir.
“Mənbə Delimxanovun şirkətdə pay alıb-almadığını dəqiq deyə bilməyib. Halbuki bunu dolayı sübutlar göstərir. Belə ki, “GetContact” istifadəçilərindən biri biznesmen Sergey Kropaçevi öz əlaqə siyahısında “ViT-nin səhmdarı” (ViT rus “McDonald’s” restoranlarına nəzarət edən “Vkusno i Dot” şirkətinin abreviaturasıdır) kimi qeyd edib. Eyni zamanda, digər istifadəçilər Kropaçevi “Adəm Delimxanovun köməkçisi” kimi qeyd ediblər”, – “Proyekt” yazır.
Azpost.info