Rusiyadan Azərbaycana pul köçürmələri kəskin azalıb –RƏQƏMLƏR

Ötən il Azərbaycandan Rusiya Federasiyasına fiziki şəxslərin pul köçürmələrinin həcmi 57,988 milyon ABŞ dolları təşkil edib.

AzPost Trend-ə istinadən bildirir ki, Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 16,196 milyon ABŞ dolları və ya 21,8% azalıb.

Hesabat ilində ölkənin ümumi pul köçürmələrində Rusiyanın payı 11% təşkil edib.

Həmçinin ötən il Rusiyadan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 496,753 milyon ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 550,770 milyon ABŞ dolları və ya 52,6% azalma deməkdir.

2023-cü ildə Azərbaycandan Rusiyaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 74,184 milyon ABŞ dolları, əks istiqamətdə isə 1,047 milyard ABŞ dolları təşkil etmişdi.

Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 526,759 milyon ABŞ dolları təşkil edib. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 23,367 milyon ABŞ dolları və ya 4,2% azdır.

Eyni zamanda hesabat ilində xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,082 milyard ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 571,942 milyon ABŞ dolları və ya 34,6% azdır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.