Rusiyadan Gürcüstana pul köçürmələri kəskin azalıb- RƏQƏMLƏR

Fevral ayı ərzində Rusiyadan Gürcüstana 188,9 milyon dollar göndərilib ki, bu da yanvar ayı ilə müqayisədə 128,4 milyon dollar azdır.

Azpost.info xəbər verir ki, bu barədə Gürcüstanın Milli Bankı məlumat yayıb.

Buna baxmayaraq, bu göstəriciyə görə Rusiya fiziki şəxslərin Gürcüstana pul köçürdüyü dövlətlər arasında hələ də birinci yerdədir. İkinci yerdə İtaliya (39 milyon dollar), üçüncü yerdə ABŞ (30 milyon dollar) gəlir.

Yanvarda İtaliyadan 40 milyon dollar, ABŞ-dan isə 29 milyon dollar transfer edilmişdi.

Rusiyadan köçürmələrin kəskin azalması rusların Gürcüstandan getdiyini göstərə bilər. Çünki son aylar, xüsusən də Ukraynada hərbi əməliyyatlar başlayandan sonra köçürmələrin əsas payı Gürcüstanda məskunlaşan Rusiya vətəndaşlarının payına düşür.

Lakin bu prosesi yalnız aprel ayında, Daxili İşlər Nazirliyi rusların sərhədi keçməsi ilə bağlı məlumatları dərc etdikdən sonra izləmək mümkün olacaq.

Azpost.info

Əvvəlki məqalə

“Azərbaycan xalqı zəlzələ baş verən andan yardım üçün səfərbər oldu” –

Sonrakı məqalə

“Rusiya İsveç və Finlandiya üçün heç vaxt təhlükə yaratmayıb”