Rusiya ilə sərhədə kütləvi qaçqın axını Finlandiya və Avropa İttifaqının suverenliyinə hücumdur.
Azpost.info xəbər verir ki, bunu Finlandiya Baş naziri Petteri Orpo deyib.
“Bu, Finlandiya və Avropa İttifaqının suverenliyinə, sərhədlərimizə açıq hücumdur. Bu, başqa bir ölkənin hakimiyyətinin iştirak etdiyi mütəşəkkil bir fəaliyyətdir, – Baş nazir Finlandiya tarixində misli görünməmiş qaçqın axınından danışarkən deyib.
O, Rusiya ilə sərhəddə sığınacaq axtaran şəxslərin müraciətlərinin qəbulu üçün məntəqələrin olmamasını da şərh edib: “Əgər xarici bir ölkənin hibrid hücumunun hədəfi olsaq, şərq sərhədində sığınacaq axtarmağı tamamilə dayandırmaq və onu başqa yerdə cəmləşdirmək hüququmuz var”.
Azpost.info