Afrika və Latın Amerikası ölkələri Rusiya neftini almaqda maraqlıdır.
Azpost.info xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib.
“Rusiyadan neft və neft məhsulları almaq istəyənlər çoxdur. Bunlar Latın Amerikası ölkələri, Afrika ölkələri və Asiya-Sakit okean regionunun digər ölkələridir”, – Novak deyib.
O əlavə edib ki, əsas tərəfdaşlara çatdırılmalar yeni logistik marşrutlar, o cümlədən Şimal Dəniz Marşrutundan istifadə etməklə davam edir.
Novak qeyd edib ki, 2023-cü ildə Rusiya Şimal dəniz yolu ilə 1,5 milyon ton neft nəql edib. Onun sözlərinə görə, belə həcmlər ilk dəfədir ki, oradan keçib və tədarüklər artacaq.
Azpost.info