Rusiyalı generalın Ukraynada həlak olması rəsmən təsdiqləndi –FOTO

Karaçaevskdə Rusiya Hərbi Hava Qüvvələrinin istefada olan general-mayoru Kanamat Botaşevin dəfn mərasimi keçirilib.

Rəsmi açıqlamalarda onun ölümünün təfərrüatları açıqlanmır.

Mayın 24-də Kanamat Botaşev Luqansk vilayəti üzərində səmada Ukrayna hərbçiləri tərəfindən vurulan Su-25 təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olub.

1959-cu il təvəllüdlü general Ukraynadakı müharibə zamanı ölümü məlum olan ən yüksək rütbəli rusiyalı pilotdur.

Bu günə qədər onun ölüm faktı rəsmi təsdiqini tapmamışdı.

Təqaüdçü pilotun Ukraynadakı hərbi əməliyyatlarda niyə iştirak etdiyi barədə məlumat verilmir. (“RİA Novosti”)

Əvvəlki məqalə

“Körpələrin başını qırxıb spirt vurub, yandırıb tamaşa edirdilər” –

Sonrakı məqalə

Stresslə mübarizə üçün reyhan yeyin-