Rusiyalı hakerlər Britaniya kral ailəsinin saytına hücum ediblər

Bukingem Sarayının saytı haker hücumuna məruz qalıb.

Azpost.info xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Kral ailəsinə yaxın mənbə saytın DDoS hücumuna məruz qaldığını bildirib.

“Sayt çöküb, lakin onu sındırmaq mümkün olmayıb. Bu mərhələdə hücumda kimin iştirak etdiyini söyləmək mümkün deyil”, – nəşrə danışan mənbə deyib.

Saytın fəaliyyəti bərpa edilib. Bununla belə, ona daxil olan zaman istifadəçilər əlavə təhlükəsizlik yoxlamasından keçməli olurlar.

Hücuma görə məsuliyyəti Rusiyanın işğalından sonra Ukraynaya dəstək verən ölkələrə qarşı fəaliyyət göstərən rus haker qrupu “Killnet” öz üzərinə götürüb.

Azpost.info

Əvvəlki məqalə

Ən böyük xarici şirkətlərin yarısı Rusiyanı tərk edib

Sonrakı məqalə

Qanunsuz erməni silahlılarının tərksilah prosesi yekunlaşıb