Rusiyalı milyarderlər ilin əvvəlindən 54 milyard itirib- “Bloomberg” (SİYAHI)

2022-ci ilin əvvəlindən rusiyalı milyarderlərin ümumi sərvəti təxminən 54 milyard dollar azalıb.

Azpost.info xəbər verir ki, bunu “Bloomberg”in reytinqi üzə çıxarıb.

Ən çox “Severstal”ın ortağı Aleksey Mordaşov və iş adamı Roman Abramoviç – müvafiq olaraq 7,53 və 7,34 milyard dollar itirib.

Mordaşovun sərvəti 21,3 milyard dollara, Abramoviçin sərvəti isə 10,7 milyard dollara qədər azalıb.

Bundan başqa, NLMK-nın benefisiarı Vladimir Lisin 5,91 milyard dollar, “Novatek”in ortağı Leonid Mixelson isə 4,18 milyard dollar itirib. Reytinqdə onlardan sonra gələn “Lukoil”un ortaq sahibləri Vahid Ələkbərov və Əlişir Usmanovun (“Metalloinvest”) itkiləri 2,31 və 2,08 milyard dollar həcmində qiymətləndirilir.

Azpost.info

Əvvəlki məqalə

Prezident İlham Əliyev İtaliya dövlət başçısı ilə görüşüb –

Sonrakı məqalə

“Rusiyanın mövqelərini daxildən və xaricdən gücləndirmək lazımdır”