Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Rusiyalı oliqarxlar Avropa Məhkəməsindən təzminat tələb edirlər

User 17 Dekabr 2022 - 11:16 (Last updated: 21 May 2025 - 20:15)
60795209_605

Rusiya və Belarusdan olan oliqarxlar Avropa Məhkəməsində Avropa İttifaqının (Aİ) onlara tətbiq etdiyi sanksiyalara etiraz edirlər.

Azpost.info xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti yazıb.

Məlumata görə, hazırda Brüsselin “qara siyahı”sına salınmış şəxslər və şirkətlər üzrə Aİ-nin ən yüksək məhkəməsində baxılan 61 iddia var.

Məsələn, oliqarxlar Qriqori Berezkin və Gennadi Timçenko onlara dəyən mənəvi zərərə görə kompensasiya tələb edirlər. ESN şirkətlər qrupunun sahibi olan Berezkin şikayətində nüfuzuna ciddi zərər dəydiyini, Ukrayna hadisələri ilə bağlılığının olmadığını, həmçinin Rusiya hökumətini dəstəkləmədiyini iddia edib. Mənəvi zərərə görə kompensasiya olaraq o, simvolik təzminat – 1 avro tələb edib.

İsveçrədə yaşayan, “Bank Rossiya”nın əsas səhmdarı və prezident Vladimir Putinin yaxın dostu olan Timçenko 1 milyon avro təzminat istəyir. O, hesab edir ki, Aİ yetkililəri onun Putinlə münasibətlərini qiymətləndirərkən səhvə yol veriblər.

Məhkəmə sənədlərindən göründüyü kimi, iddiaçıların siyahısında məşhur iş adamı Roman Abramoviç və “Alfa Group” maliyyə qrupunun rəhbəri Mixail Fridman da var.

Abramoviç də Timçenko kimi mənəvi ziyana görə təzminat kimi 1 milyon avro tələb edir. Abramoviçin iddiası təmin olunarsa, bu məbləğ onun “Çelsi” FK-nın satışından əldə olunan vəsait hesabına müharibə qurbanlarına kömək məqsədilə yaratdığı xeyriyyə fonduna göndəriləcək.

Rusiyalı milyarder Alişer Usmanov sanksiya siyahısından çıxarılmasına çalışsa da, Avropa Məhkəməsi onun tələblərini təmin etməkdən imtina edib.

Azpost.info

Post navigation

Previous: “Rusiya sülh danışıqlarına hazır deyil” 
Next: BMT BA Prezidenti Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini yüksək qiymətləndirib

Oxşar xəbərlər

tramp netanyahu
  • Dünya

Tramp və Netanyahu arasında telefon danışığı olub

User 01 Noyabr 2026 - 11:00
abs iran danisiq
  • Dünya

ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu

User 31 Oktyabr 2026 - 22:39
rubio
  • Dünya

ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi

User 31 Oktyabr 2026 - 21:27

xƏBƏR

kere yaqi
  • İqtisadiyyat

Yağ qiymətlərində kəskin bahalaşma – İstehsal azalır, idxal artır

User 01 Noyabr 2026 - 15:39
Azərbaycanda kərə və duru yağların qiymətində artım müşahidə olunur. Bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss...
Read more about Yağ qiymətlərində kəskin bahalaşma – İstehsal azalır, idxal artır
Media və Yayım Şurası Bəyanat yaydı – “Jurnalistlərə qarşı zorakılıq narahatlıq doğurur” beyanat
  • Media

Media və Yayım Şurası Bəyanat yaydı – “Jurnalistlərə qarşı zorakılıq narahatlıq doğurur”

User 01 Noyabr 2026 - 14:05
Bakıda APA TV -nin əməkdaşı döyülüb – YENİLƏNİB jurnalist doy
  • Media

Bakıda APA TV -nin əməkdaşı döyülüb – YENİLƏNİB

User 01 Noyabr 2026 - 11:32
Tramp və Netanyahu arasında telefon danışığı olub tramp netanyahu
  • Dünya

Tramp və Netanyahu arasında telefon danışığı olub

User 01 Noyabr 2026 - 11:00
ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu abs iran danisiq
  • Dünya

ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu

User 31 Oktyabr 2026 - 22:39
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.