Rusiyalı şagirdlərə sinifdə telefondan istifadə qadağan edildi- Nazirdən AÇIQLAMA

Rusiya məktəblilərinə sinifdə telefondan istifadə qadağan edilib.

Azpost.info xəbər verir ki, bu barədə Rusiyanın maarif naziri Sergey Kravtsov ümumrusiya valideyn iclasında bildirib.

“Yeni sanitar qaydalara uyğun olaraq, məktəblilərin diqqətini dərsdən yayındırmamaq üçün bu tədris ilindən sinifdə mobil telefondan istifadəyə icazə verilmir”, – Kravtsov bildirib.

Onun sözlərinə görə, uşaqlar tənəffüs zamanı valideynləri ilə əlaqə saxlaya biləcəklər. Fövqəladə hallar olarsa, valideyni məsul şəxslər, məsələn, sinif rəhbəri çağıracaq.

Nazir hesab edir ki, mobil telefondan istifadə uşaqların sağlamlığına da təsir edir və bu amil nəzərə alınmalıdır.

“Mən dəfələrlə qızım haqqında danışmışam. İndi 8-ci sinifdə oxuyur. 14 yaşına qədər onun mobil telefonu yox idi və bu, onun təhsilini pisləşdirmədi. İndi düyməli telefonu var, lakin nə smartfondur, nə də orada uşağın diqqətini yayındıran  sosial şəbəkələr var”, – Kravtsov əlavə edib.

Azpost.info

Əvvəlki məqalə

Moskvada Rusiya və İran xarici işlər nazirlərinin görüşü olub

Sonrakı məqalə

Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması qaydası