Polşa xüsusi xidmət orqanları birinci liqada təmsil olunan rus xokkeyçisini Rusiyaya casusluq etməkdə şübhəli bilərək saxlayıb.
Azpost.info xəbər verir ki, “Gazeta Wyborcza”nın Milli Prokurorluğa istinadən yazdığına görə, saxlanılan şəxs 2021-ci ilin oktyabrından Polşada olan və mühüm infrastruktur obyektlərinin kəşfiyyatını aparan 28 yaşlı Maksim S. adlı şəxsdir.
Polşanın baş prokuroru Zbiqnev Zebro bildirib ki, Maksim casus şəbəkəsinin artıq 14-cü saxlanılan üzvüdür.
İdmançı mütəşəkkil cinayətkar qruplaşmada iştirakda və Polşanın maraqlarına zidd hərəkətlərdə ittiham olunub. Bu ittihamlar üzrə 10 ilə qədər həbs cəzası nəzərdə tutulur.
Azpost.info