Rusiyalıların 60 faizi Stalinə müsbət yanaşır –RƏY SORĞUSU

Rusiyalıların 60 faizi İosif Stalini müsbət qiymətləndirir.

Moskvadadakı Levada ictimai rəyi oyrənmə mərkəzinin sorğusu belə bir nəticəyə gəlib. Bu 60 faizdən 45 faizi Stalinə hörmətlə, 10 faizi rəğbətlə, 5 faizi isə heyranlıqla yanaşır.

Sosioloqlar bildirirlər ki, bu, indiyədək keçirilmiş sorğulardakından daha yüksək göstəricidir. Levada Stalinlə bağlı sorğuları 2001-ci ildən aparır. Bu da vurğulanır ki, rəyi soruşulanların yalnız 11 faizi keçmiş SSRİ-nin keçmiş rəhbərinə mənfi münasibət bəsləyir.

Bunlardan 5 faizinin Stalindən xoşu gəlmir, 4 faizi onun şəxsiyyətinə qorxu ilə və 2 faizi ikrah hissi ilə yanaşır. Respondentlərin 28 faizi Stalinin şəxsiyyətinə biganə olduğunu bildirib.

Levada mərkəzinin bundan əvvəl keçirdiyi sorğudan məlum olmuşdu kii, respondentlərin 83 faizi Rusiyanın düşmənləri olduğuna inandığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ yenilənmiş milli müdafiə strategiyasını hazırlayır-

Sonrakı məqalə

56 yaşlı Şəmkir sakini borca görə bıçaqlanıb