ABŞ prezidenti Co Bayden ikinci prezidentlik müddətinin planlarını, xüsusən də Rusiyanı əzmək istəyini açıqlayıb.
Azpost.info xəbər verir ki, CBS telekanalına müsahibəsində o, Avropanın birləşməsini və Fələstin-İsrail münaqişəsini həll etmək istədiyini bildirib.
“Təsəvvür edin, biz bütün Avropanı birləşdiririk və nəhayət, Rusiya prezidenti Vladimir Putini o qədər sıxışdırırıq ki, daha o, bu gün yaratdığı problemlərə səbəb ola bilmir…”, – Bayden deyib.
Sentyabrın əvvəlində “Wall Street Journal”ın keçirdiyi sorğu göstərib ki, ABŞ-da prezident seçkiləri bu gün keçirilsə və seçkilərdə yalnız Co Bayden və keçmiş lider Donald Tramp iştirak etsə, seçicilərin 46 faizi hər iki namizədə səs verəcək.
Azpost.info