Rusiyanı tərk edən xarici şirkətlərə valyuta məhdudiyyəti- Limit tətbiq olunacaq

Rusiya Mərkəzi Bankı və Maliyyə Nazirliyi ölkəni tərk edən xarici şirkətlər üçün daxili bazarda valyuta alışına aylıq limit tətbiq etməyə hazırlaşır.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyinin maliyyə siyasəti departamentinin direktoru İvan Çebeskov bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə xüsusi mexanizm hazırlanır: “Ümumiyyətlə, banklarla əməliyyatlar üzrə, o cümlədən səhmlər və paylar üzrə qərarlar qəbul edərkən həmişə valyuta bazarında bazar şərtlərini nəzərə alırıq”, – Çebeskov bildirib.

Məhdudiyyətlərə ehtiyac Rusiya bazarında xarici valyutanın aşağı likvidliyi ilə əlaqədar yaranıb, nəticədə onun böyük alışı rublun məzənnəsinin kəskin dəyişməsinə səbəb olub.

Məsələn, Rusiya prezidenti Vladimir Putinin “Shell”in Saxalin-2 layihəsindəki 27,5 faiz payını 95 milyard rubla satmaq icazəsi aprelin əvvəlində rublun dollar və avroya nisbətdə kəskin ucuzlaşmasına səbəb olub. Aprelin 1-nə dollar 77 rubl, avro 84 rubl idisə, aprelin 8-də dollar 82 rubla, avro isə 90 rubla qalxıb.

Azpost.info

Əvvəlki məqalə

Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçilərinə cinayət işi açılıb –

Sonrakı məqalə

Rusiyalı müxalifətçi Vladimir Kara-Murza 25 il azadlıqdan məhrum edilib