“Rusiyanı tərk edənlər Aİ-nin təhlükəsizliyinə təhdid yarada bilər”- Avrokomissar Yohansson

“Qismən səfərbərlik fonunda Rusiyanı tərk edənlər Avropa İttifaqı ölkələrinin təhlükəsizliyinə təhdid yarada bilər”.

Azpost.info xəbər verir ki, bunu Avropa Komissiyasının daxili işlər üzrə komissarı İlva Yohansson deyib.

“Ukraynaya getmək və döyüşmək istəməməyiniz Avropa İttifaqı üçün təhlükə olmadığınız demək deyil”, – Yohansson bildirib.

Yohanson ruslar üçün Aİ ölkələrinə vizaların verilməsi və sərhəd nəzarəti üzrə yenilənmiş təlimatları təqdim edib. O, həmçinin vurğulayıb ki, Avropa İttifaqında uzun müddət qalmaq istəyən vətəndaşlar dərhal qısamüddətli viza üçün deyil, uzunmüddətli yaşayış icazəsi üçün müraciət etməlidirlər.

Komissarın sözlərinə görə, yeni təlimatlar sığınacaq sorğusu məsələsini əhatə etmir, lakin hər bir ərizəçinin işinə Aİ-nin milli orqanları tərəfindən fərdi şəkildə baxılması hüququ var.

Azpost.info

Əvvəlki məqalə

Sahil Babayev nazirliyin kollegiya iclasını Naxçıvanda keçirdi

Sonrakı məqalə

Azərbaycan və Bolqarıstan prezidentləri mətbuat üçün bəyanat veriblər –