“Rusiyanı Yaxın Şərqdən sıxışdırmaq cəhdi uğursuzluğa məhkumdur” - XİN

“Rusiyanı Yaxın Şərqdən sıxışdırmaq üçün istənilən cəhd həmişə uğursuzluğa məhkum olacaq”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Yaxın Şərq nizamlanması üzrə xüsusi nümayəndəsi Vladimir Safronkov bildirib.

O qeyd edib ki, heç kim Moskvanın bu region ölkələri ilə münasibətlərinə təsir göstərə bilməyəcək: “Rusiyanı regiondan sıxışdırıb çıxarmaq, Fələstin-İsrail və ya hər hansı digər Yaxın Şərq böhranının həlli prosesindən yayındırmaq cəhdləri siyasi cəfəngiyyatdır və uğursuzluğa məhkumdur”.

XİN rəsmisi əlavə edib ki, ABŞ Rusiya, Avropa İttifaqı və BMT ilə dördlükdən çıxmaqla ərəb-İsrail münaqişəsi üzrə danışıqları “özəlləşdirmək” istəyir.

Safronkovun fikrincə, təkbaşına belə mürəkkəb “münaqişə düyünlərini” çözmək cəhdləri mümkün olmayan missiyalardır.

Azpost.info

Əvvəlki məqalə

Dünən cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb –

Sonrakı məqalə

Azərbaycan nefti ucuzlaşıb